XƏBƏR
11:54

  Bakı Avtovağzalında saxlama kameraları istifadəyə verilib - QİYMƏTLƏR

Gündəm

Xəbər lenti

Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) saxlama kameraları yenilənərək istifadəyə verilib.

Agyol.az xəbər verir ki, bu barədə  Bakı Beynəlxalq Avtovağzal Kompleksindən "BBAK" bildiriblər. Saxlama kameraları həftənin 7 ( yeddi) günü, saat 07:00-dan 00:00-a qədər fəaliyyət göstərir.

Kameralarından istifadə etmək üçün müəyyən olunan tariflər:

• 0-3 saat --- 1 AZN• 3-6 saat --- 2 AzN• 6-9 saat --- 3 AZN• 9-12 saat --- 4 AZN• 24 saat ---- 5 AZN

Ödəniş predmetin (yükün) sayından asılı olmayaraq ayrılan dolab sayına görə müəyyən olunur. Yüklərin təhvili və eyni zamanda təslim alınması zamanı şəxsiyyəti təsdiq edən sənədi təqdim etmək mütləqdir.

BBAK-dən bildirilib ki, sərnişin yükü təqdim etdikdən sonra ona nömrə (jeton) təqdim olunur. Nömrənin (jetonun) itirilməsinə görə 5 AZN məbləğində cərimə tətbiq olunur!




  Yayım tarixi :08 Noyabr 2019   11:54

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .