XƏBƏR
15:07

  Dövlət Bayrağı Günü münasibətilə Dneprdə aksiya keçirilib – FOTOREPORTAJ

Gündəm

Xəbər lenti
18 Noyabr 15:41Sabah yağış yağacaq

Agyol.az xəbər verir ki, 9 noyabr - Azərbaycanın Dövlət Bayrağı Günü münasibətilə Ukraynanın Dnepr şəhərində bayraq aksiyası təşkil olunub.

Ukrayna, Belarus və Moldova üzrə xüsusi müxbiri Emil Hüseynlinin təşkilatçılığı ilə keçirilən “Şanlı bayrağımla şəkil” aksiyası çərçivəsində şəhər sakinlərinə və xarici qonaqlara bayrağımızın tarixi və rənglərinin mənası haqqında ətraflı məlumat verilib.

Qeyd edilib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən düşünülmüş siyasət nəticəsində Azərbaycan bayrağı artıq dünyanın ən ali təşkilatlarında dalğalanır. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Həmin sənəddə deyilir ki, dövlət bayrağımız 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib.

Qeyd edək ki, bundan əvvəl bayraq aksiyası Kiyev şəhərində də keçirilib.




  Yayım tarixi :07 Noyabr 2019   15:07

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .