XƏBƏR
12:16

  Rəcəb Tayyib Ərdoğan: Türkiyəyə qarşı bütün ədalətsizliklərin əsasında ikili standartlar dayanır

Gündəm

Xəbər lenti
18 Noyabr 15:41Sabah yağış yağacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstana rəsmi səfərə gedib.

Agyol.az xəbər verir ki, Türkiyənin dövlət başçısı səfərdən əvvəl Ankaranın “Esenboğa” hava limanında mətbuat konfransı keçirib.

Səfərin məqsədi barədə geniş məlumat verən Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin terrorla mübarizədə geri addım atmayacağını bildirib. Suriya ərazisində keçirilən “Sülh çeşməsi” antiterror əməliyyatında Türkiyəni dəstəkləyən ölkələrə minnətdarlığını ifadə edən Prezident, eyni zamanda, bu haqq işində ədalətsizlik edənlərə sərt münasibət bildirib. Diqqətə çatdırılıb ki, Türkiyəyə qarşı bütün ədalətsizliklərin əsasında dünyadakı ikili standartlar dayanır.

Prezident Rəcəb Tayyib Ərdoğan, həmçinin jurnalistləri maraqlandıran digər sualları da cavablandırıb.




  Yayım tarixi :07 Noyabr 2019   12:16

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .