XƏBƏR
12:00

  Gələn ildən Bakının kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə bağlı layihə icra ediləcək

Gündəm

Xəbər lenti
18 Noyabr 15:41Sabah yağış yağacaq
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Bakıda yağış zamanı bəzi ərazilərdə gölməçələrin yaranmasına münasibət bildirib.
Agyol.az xəbər verir ki, O qeyd edib ki, yağış barədə məlumat alan kimi bu kanalizasiyalar yenidən təmizlənir.
Q.Hüseynovun sözlərinə görə, kanalizasiya xətlərinə yad tullantılar çox atılır: “Ona görə də belə problemlər yaşanır. Gölməçələrin yaranmasına bir neçə problem səbəb ola bilər. Ya kanalizasiya tutulur, ya da yağış suları çox olduğuna görə çatdıra bilmir. Digər tərəfdən, Bakıda əhalinin çoxalması, yeni yaşayış sahələrinin tikilməsi, sudan istifadənin çoxalması kanalizasiya xətlərinin həddən artıq yüklənməsinə səbəb olur. Buna görə də yeni kollektorlar tikilir ki, bu da xətlərə düşən yükü azaldacaq. Eyni zamanda yağış barmaqlıqlarının artırılması, su toplayıcılarının tikintisi işləri aparılır”.




  Yayım tarixi :07 Noyabr 2019   12:00

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .