XƏBƏR
11:46

  “Azərsu” sədri açıqladı - Regionlarda alternativ su mənbələri yaradıldı

Gündəm

Xəbər lenti
Azərbaycanda son vaxtlar yağıntıların az olması ilə əlaqədar bir neçə rayonda su mənbələri ilə bağlı çətinlk olub. Bu çətinlik xüsusən yay aylarında qeydə alınıb.
Agyol.az ın məlumatına görə, bunu “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov YAP-ın İcra Katibliyində keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin sərəncamı ilə həmin rayonlarda alternativ su mənbələrinin yaradılmasına başlanılıb:
“Artıq Gədəbəy və Lerikdə bu işlər başa çatıb, Şəki, Şamaxı, Tovuz rayonlarında isə bu işlər gələn il başa çatacaq”.
Q.Hüseynov regionlarda suyun keyfiyyətindən də danışıb:
“Strateji yol xəritəsinə uyğun olaraq regionlarda su-kanal idarələri və regional laboratoriyalar yaradılıb. İlkin mərhələdə laboratoriyaları avadanlıqlar, kadrlarla, maşın mexanizmləri ilə təmin etmişik ki, “Azərsu”un balansında olan bütün su infrastrukturunun nəzarətdə saxlanılması təmin olunsun. Hədəfimiz gələcəkdə bütün bölgələrdə vətəndaşların istifadə etdiyi suların nəzarətə götürülməsidir”.




  Yayım tarixi :07 Noyabr 2019   11:46

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .