XƏBƏR
17:36

  Türkiyənin yüksək səviyyəli hərbi nümayəndə heyəti Heydər Əliyev adına Ali Hərbi Məktəbdə olub

Gündəm

Xəbər lenti
18 Noyabr 15:41Sabah yağış yağacaq
Azərbaycan-Türkiyə 12-ci yüksək səviyyəli hərbi dialoq iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Baş Qərargahının ikinci rəisi general-polkovnik Metin Gürakın başçılıq etdiyi nümayəndə heyəti Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini ziyarət edib.
Agyol.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, əvvəlcə qonaqlar xalqımızın ümummilli lideri Heydər Əliyevin məktəbin ərazisində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsini ehtiramla anıblar.
Ziyarət zamanı ali hərbi məktəbin komandanlığı ilə görüş keçirilib.
Sonra qonaqlara hərbi məktəbin tarixinə, təlim-tədris prosesinə və ümumi fəaliyyətinə dair ətraflı brifinq təqdim edilib.
Nümayəndə heyəti hərbi təhsil ocağının kafedralarında tədris vəsaitləri, maddi-texniki və hərbi təyinatlı digər vasitələrlə yaxından tanış olub. Qonaqlara ixtisas fakültələrinin döyüş texnikası, təlim trenajorları, atıcı silahlar və digər hərbi avadanlığı barədə ətraflı məlumat verilib.




  Yayım tarixi :06 Noyabr 2019   17:36

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .