XƏBƏR
14:52

  Qadın voleybol millimizin baş məşqçisinin adı yaxın zamanda açıqlanacaq

Gündəm

Xəbər lenti
11 Dekabr 13:16Sabah yağış yağacaq

Məlum olduğu kimi, may ayında ölkəmizə dəvət olunmuş və qadın voleybol millimizin baş məşqçisi təyin edilmiş Covanni Kaprara ilə bağlanan müqavilə sentyabrda – Avropa çempionatından sonra başa çatıb. 

Agyol.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası tərəfindən KİV nümayəndələrinə dəfələrlə məlumat verilib.

Azərbaycan Voleybol Federasiyası isə bu barədə yeni məlumat yayıb. Yanvar ayında keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirində çıxış edəcək milli komandamızın baş məşqçisinin kim olacağı federasiya tərəfindən yaxın zamanda KİV vasitəsilə açıqlanacaq.

Qeyd edək ki, Covanni Kaprara milli komandamızın baş məşqçisi kimi Qızıl Avropa Liqasında, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli təsnifat turnirində və Avropa çempionatında çıxış edib.




  Yayım tarixi :06 Noyabr 2019   14:52

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .