XƏBƏR
11:09

  Oqtay Gülalıyevi Türkiyəyə aparan təyyarə yola düşüb

Gündəm

Xəbər lenti
11 Dekabr 13:16Sabah yağış yağacaq

Hüquq müdafiəçisi Oqtay Gülalıyev hazırda müalicə üçün Türkiyəyə aparılır.

Agyol.az xəbər verir ki, O. Gülalıyevin ailəsinin istəyi əsasında Heydər Əliyev Fondunun dəstəyi ilə onun müalicəsi İstanbulda davam etdiriləcək.

Gülalıyev təcili tibbi yardım avtomobili ilə Neyrocərrahiyyə Xəstəxanasından çıxarılaraq Heydər Əliyev adına Beynəlxalq Hava limanına çatdırılıb. Hüquq müdafiəçisi xüsusi ambulans təyyarə ilə İstanbula aparılacaq.

Müayinəsi üçün Türkiyədən  dəvət olunan həkim Kadir Doğruer bildirib ki, O. Güləliyev komadadır və vəziyyəti kritikdir.

Hazırda Heydər Əliyev adına Beynəlxalq Hava limanında olan əməkdaşlarımızın məlumatına görə, Oqtay Gülalıyevi Türkiyəyə aparacaq xüsusi ambulans təyyarə hazır vəziyyətdədir və yaxın dəqiqələrdə yola düşəcək.

Oqtay Güləliyev hazırda AZAL-ın xüsusi ambulans təyyarəsinə qaldırılıb, onun səhhəti ilə bağlı təyyarənin içində xüsusi tibbi avadanlıqlar quraşdırılıb. Həkimlər və tibb personalı da səfər boyunca onu müşayiət edəcək və vəziyyəti nəzarət altında saxlanılacaq. Həyat yoldaşı Firuzə Gülalıyeva da onunla birgə gedib. Həkimlər təyyarədə O.Gülalıyevin səhhətini müayinə etdikdən sonra uçuşun başlanılmasına razılıq veriblər. Həkimlərin icazəsindən sonra saat 10:40-da təyyarə İstanbula yola düşüb.




  Yayım tarixi :06 Noyabr 2019   11:09

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .