XƏBƏR
10:51

  Slovakiya yığmasının Azərbaycan millisi ilə oyun üçün heyəti açıqlanıb

Gündəm

Xəbər lenti
11 Dekabr 13:16Sabah yağış yağacaq

Futbol üzrə “Avro 2020”nin seçmə mərhələsi çərçivəsində noyabrın 19-da Anton Malatinskiy stadionunda Azərbaycan millisini qəbul edəcək Slovakiya yığmasının heyəti açıqlanıb.

Agyol.az xəbər verir ki, heyətə qapıçılar - Martin Dubravka (“Nyukasl”, İngiltərə), Marek Rodak (“Fulhem”, İngiltərə), Dominik Qreyf (“Slovan”), müdafiəçilər - Peter Pekarik (“Herta”, Almaniya), Lyubomir Şatka (“Lex”, Polşa), Milan Şkrinyar (“İnter”, İtaliya), Denis Vavro (“Latsio”, İtaliya), Martin Valyent (“Malyorka”, İspaniya), Norbert Qyomber (“Peruca”, İtaliya), David Hançko (“Sparta”, Çexiya), yarımmüdafiəçılər - Patrik Qroşovski (“Genk”, Belçika), Stanislav Lobotka (“Selta”, İspaniya), Yan Qrequş (“Minnesota Yunayted”, ABŞ), Yuray Kuçka (“Parma”, İtaliya), Matuş Bero (“Vitess”, Hollandiya), Marek Hamşik (“Dalyan Yifanq”, Çin), Andrey Duda (“Herta”, Almaniya), Laslo Benes (“Borussiya” M, Almaniya), Albert Ruşnak (“Real Solt Leyk”, ABŞ), Robert Mak (“Zenit”, Rusiya), Lukaş Haraslin (“Lexiya”, Polşa), hücumçular - Samuel Mraz (“Brondbü”, Danimarka), Mixal Duriş (“Anortosis”, Kipr) və Robert Bojenik (“Jilina”) dəvət olunublar.

Qeyd edək ki, Slovakiya-Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.




  Yayım tarixi :06 Noyabr 2019   10:51

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .