XƏBƏR
10:34

  Brejnevin sürücülük vəsiqəsi hərraca çıxarılacaq

Gündəm

Xəbər lenti
Hərracda sürücülük vəsiqəsinin ilikn qiyməti 1 350 000 - 1 500 000 rubl aralığında qiymətləndiriləcək
SSRİ Mərkəzi Komitəsinin Baş katibi Leonid İliç Brejnevin sürücülük vəsiqəsi və xəbərdarlıq talonu noyabrın 14-də Moskvada hərraca çıxarılacaq.
Agyol.az xəbər verir ki, bu barədə “Litfond” hərracının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Brejnevə məxsus laminatla üzlənmiş AAK № 000077 seriya nömrəli sürücülük vəsiqəsi və AAI № 670077 seriya nömrəli xəbərdarlıq talonu 1976-cı il 10 dekabr tarixində - Leonid İliçin 70 illik yubileyi günü SSRİ Daxili İşlər naziri Nikolay Anisimoviç Şyolokov tərəfindən zarafatyana hədiyyə edilib.
Göründüyü kimi, xəbərdarlıq talonunun sürücüyə aid hissəsində boşluq yoxdur – çox sayda qayda pozuntularını əks etdirən möhürlər əks olunub.
Sözügedən sənəd 1991-ci ildə Moskvanın meri olmuş Qabriel Popov tərəfindən Brejnevin qaldığı bağ evində tapılıb.
Qeyd edilib ki, hərracda sürücülük vəsiqəsinin ilikn qiyməti 1 350 000 - 1 500 000 rubl aralığında qiymətləndiriləcək.




  Yayım tarixi :06 Noyabr 2019   10:34

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .