XƏBƏR
16:38

  Mehriban Əliyeva Oqtay Gülalıyevin səhhəti ilə bağlı tapşırıq verdi

Gündəm

Xəbər lenti

Agyol.az xəbər verir ki, Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini öz üzərinə götürüb. Turan agentliyinə hüquq müdafiəçisinin həyat yoldaşı Firuzə Gülalıyeva məlumat verib.

Xanımı qeyd edib ki, Heydər Əliyev Fondundan ona zəng ediblər: "Oqtayın vəziyyəti ilə maraqlandılar və problemlərimizi soruşdular. Mən dedim ki, yalnız keyfiyyətli müalicəyə və həyat yoldaşımın sağalmasına ehtiyacımız var".

Fond nümayəndələri ona bildiriblər ki, müalicəyə yardım məqsədilə Türkiyədən mütəxəssislər dəvət olunub, elə bu gün Bakıya gələcəklər.

Xatırladaq ki, Oqtay Gülalıyev oktyabrın 29-da avtomobil vurduqdan sonra ağır kəllə-beyin travması alıb.

Türkiyədən dəvət edilən mütəxəssislər artıq Bakıdadır.




  Yayım tarixi :05 Noyabr 2019   16:38

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .