XƏBƏR
15:00

  “Scorpions” qrupu Rusiyanın beş şəhərində konsert verəcək

Gündəm

Xəbər lenti
Almaniyanın məşhur “Scorpions” rok-qrupu dünya turu çərçivəsində bu gün Moskvanın “BTB-Arena” stadionunda “Crazy World” albomuna həsr etdiyi konsert proqramı ilə çıxış edəcək.
Agyol.az xəbər verir ki, konsert proqramına qrupun “Wind of Change” və “Send Me an Angel” kimi sevilən mahnıları daxil edilib.
Qeyd edək ki, bu “Scorpion”un Rusiyaya ikinci səfəridir. Bu dəfə qrup ölkənin beş şəhərində konsert verəcək. Artıq çıxışlar Yekaterinburq və Krasnodar şəhərlərində başa çatıb. Moskvadan sonra ifaçılar Sankt-Peterburqa (7 noyabr) və Voronejə (10 noyabr) səfər edəcəklər. Qrupun həmçinin Kiyev və Minsk şəhərlərində də çıxışı gözlənilir.




  Yayım tarixi :05 Noyabr 2019   15:00

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .