XƏBƏR
14:20

  Azərbaycan Şərq tərəfdaşlığının 10 illik yubileyinə həsr olunmuş tədbirdə təmsil olunacaq

Gündəm

Xəbər lenti
20 Noyabr 15:15Maradona klubdan qovuldu
18 Noyabr 15:41Sabah yağış yağacaq
Milli Məclisin deputatları Sahibə Qafarova və Asim Mollazadə Şərq tərəfdaşlığının 10 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak etmək üçün İsveçin Stokholm şəhərinə yola düşüb.
Agyol.az xəbər verir ki, səfər çərçivəsində millət vəkilləri “Parlamentlərin rolu və deputatlar, dialoq və plüralizm”, “Şərq Tərəfdaşlığının 10-cu ildönümü” adlı panel iclaslarda içtirak edəcək, müzakirəyə çıxarılacaq məsələlərə öz münasibətlərini bildirəcəklər.
Səfər noyabrın 7-də başa çatacaq.
Qeyd edək ki, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov da Şərq tərəfdaşlığının 10 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak edəcək.




  Yayım tarixi :05 Noyabr 2019   14:20

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .