XƏBƏR
12:48

  Əli Həsənov: Teleradio fəaliyyəti Azərbaycan mədəniyyətinin və incəsənətinin formalaşmasında mühüm rol oynayıb VİDEO

Gündəm

Xəbər lenti
18 Noyabr 15:41Sabah yağış yağacaq
Teleradio, eyni zamanda, Azərbaycanın siyasi salnaməsini yaradır və onun ən yaxşı nümunələrini dünyada tanıdır.Müstəqillik illərində teleradio sahəsi xüsusi inkişaf edən sahəyə çevrilib. Teleradiolarımız ən müasir texnoloji yeniliklərlə təmin olunublar. Hazırda onlar nəinki Cənubi Qafqazın, hətta dünyanın ən qabaqcıl teleradio kampaniyaları ilə rəqabət aparmaq qabiliyyətindədirlər. Azərbaycanda 300-dən artıq qəzet-jurnal, 50-dən artıq televiziya və radio fəaliyyət göstərir. Hələ mən Azərbaycan əhalisinin sosial şəbəkədə aktivliyini demirəm. Azərbaycan əhalisinin 82 faizi sosial şəbəkə istifadəçisidir. Bir sözlə teleradio fəaliyyəti ilə məşğul olan insanlar Azərbaycan dövlətinin milli, tarixi, mədəni salnaməsini yaradırlar. Xalqımızın ümummilli lideri Heydər Əliyevin teleradio fəaliyyətinə hər zaman böyük önəm vermişdir. Azərbaycanda teleradio fəaliyyəti mühüm inkişaf yolu keçib, xüsusilə də müstəqillik illərində bu sahə xeyli inkişaf edib. Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə Azərbaycanda mətbuat üzərindən senzuranı götürməsi teleradio fəaliyyətinin inkişafına da mühüm təsir göstərdi. Teleradio kampaniyaları bu gün Azərbaycanı, ölkəmizin mədəniyyətini həm regionda, həm də dünyada layiqincə təbliğ edirlər...Mən radio və televiziya günü münasibəti ilə sizləri və bütün teleradio işçilərini təbrik edir, yeni yaradıcılıq uğurları arzulayıram.




  Yayım tarixi :05 Noyabr 2019   12:48

 








Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .