XƏBƏR
12:32

  Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində erməni əsgəri intihar edib

Gündəm

Xəbər lenti
Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində müddətli həqiqi hərbi xidmət keçən erməni əsgəri intihar edib.
Agyol.az xəbər verir ki, noyabrın 4-də axşam saatlarında buradakı hərbi hissəsinin silah otağında Ermənistan ordusunun əsgəri Erik Arutyunyan özünü güllələyib. Hərbi hospitala aparılan 19 yaşlı hərbçi yolda keçinib. Faktla bağlı hərbi hissənin istintaq şöbəsində Ermənistan cinayət məcəlləsinin “intihar həddinə çatdırmaq” maddəsi ilə cinayət işi qaldırılıb.
Ermənistan İstintaq Komitəsi də intihar faktı ilə bağlı təhqiqat apardığı barədə məlumat yayıb.




  Yayım tarixi :05 Noyabr 2019   12:32

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .