XƏBƏR
10:10

  Bu gün Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası başlayır

Gündəm

Xəbər lenti
21 Noyabr 10:33Ronaldu evləndi

Bu gün Bakıda Azərbaycan-Türkiyə 12-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası öz işinə başlayır.

Agyol.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, tədbirdə nümayəndə heyətləri işçi qruplarda ikitərəfli hərbi əlaqələrin cari vəziyyətini nəzərdən keçirəcək və qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətlərini müzakirə edəcəklər.

İclasın Azərbaycan tərəfdən həmsədri Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, Türkiyə tərəfdən isə Baş Qərargahın ikinci rəisi korgeneral Metin Gürakdır.

Hərbi dialoq çərçivəsində müzakirələrə noyabrın 7-də yekun vurulacaq.




  Yayım tarixi :05 Noyabr 2019   10:10

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .