XƏBƏR
16:30

  Britaniya parlamentinə yeni spiker seçilir

Gündəm

Xəbər lenti

Böyük Britaniya İcmalar Palatasının nüfuzlu, eyni zamanda, ziddiyyətli imicə malik olan spikeri Con Berkounun istefasından sonra qanunverici məclisdə yeni seçkilər keçirilir.

Agyol.az xəbər verir ki, BBC telekanalının saytına istinadla xəbər verir ki, ötən həftə Brexit ətrafında gərgin keçən müzakirələrdən sonra Berkou istefa vermişdi. Parlament üzvlərinin bir çoxu hesab edir ki, yeni spiker qanunverici orqanın prinsiplərinə daha çox əməl etməli və tərəfsiz mövqe nümayiş etdirməlidir. Məlum olduğu kimi, Berkou Brexit əleyhinə çıxış edənlərə daha böyük rəğbət bəsləyirdi.

Spiker vəzifəsinə üç parlament üzvünün, o cümlədən sabiq spikeri dəstəkləyən üç namizədin olduğu bildirilir. Onların arasında Lindsi Hoyl, Rouz Vinterton və Eleanor Leinq də var. Leyboristlər isə Harriet Harmanın namizədliyini dəstəkləyirlər.

Yeni spiker bu gün gizli səsvermə yolu ilə seçiləcək. Ən az səs toplayan namizədlər səsvermə mərhələlərində prosesi tərk edəcəklər və sonda İcmalar Palatasının yeni sədrinin adı açıqlanacaq. Qeyd olunur ki, yeni spikerin kimliyi dekabrın 12-də ölkədə keçiriləcək növbədənkənar seçkilər ərəfəsində daha mühüm əhəmiyyət kəsb edəcək. Əsas mübarizənin isə Boris Consonun rəhbərlik etdiyi Mühafizəkarlar və müxalif Leyboristlər partiyaları arasında olacağı bildirilir.




  Yayım tarixi :04 Noyabr 2019   16:30

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .