XƏBƏR
15:49

  Al-Tani: Qətər Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlıdır

Gündəm

Xəbər lenti

İslam Əməkdaşlıq Təşkilatının Somali üzrə Əlaqə Qrupunun Dohada keçirilən nazirlər iclası çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Qətərin Baş nazirinin müavini və xarici işlər naziri Şeyx Məhəmməd bin Abdulrahman Al-Tani ilə görüşüb.

Agyol.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, görüş zamanı iki ölkə əməkdaşlıq gündəliyinə daxil olan bir sıra məsələlər, o cümlədən ticarət və sərmayə sahəsində birgə səylərin artırılması yolları üzrə müzakirələr aparılıb.

E.Məmmədyarov həmkarına Azərbaycanın təşəbbüsü və iştirakı ilə bölgədə həyata keçirilən nəqliyyat, kommunikasiya layihələri barədə məlumat verib və Qətərin bu imkanlardan faydalanması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Şeyx Məhəmməd bin Abdulrahman Al-Tani ölkəsinin Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə ediblər.




  Yayım tarixi :04 Noyabr 2019   15:49

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .