XƏBƏR
15:10

  “YAP namizədlikdə qadın və gənclərə xüsusi diqqətlə yanaşıb”

Gündəm

Xəbər lenti
“Yeni Azərbaycan Partiyası növbəti bələdiyyə seçkilərinə ciddi hazırlaşıb, öz namizədlərini müəyyənləşdirib. Hazırda Seçki Məcəlləsinə uyğun olaraq namizədlərin irəli sürülməsi prosesi davam edir”. Agyol.az xəbər verir ki, bunu YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov feysbuk hesabında yazıb. O bildirib ki, partiya seçkilərə ən layiqli namizədləri irəli sürməyə çalışıb: “Partiyanın bu barədəki qərarının düzgün və ədalətli olduğuna inanıram. Ona da əminəm ki, Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən namizədlər seçkilər zamanı əhalinin dəstəyini qazana biləcək. Müəyyən etdiyimiz namizədlər arasında gənclərə və qadın nümayəndələrə xüsusi diqqətlə yanaşıldığını ayrıca vurğulamaq istəyirəm.2019-cu ilin bələdiyyə seçkilərinə Yeni Azərbaycan Partiyası xalqa xidmət devizi altında gedir. Amalımız bələdiyyələrin ərazisində əhaliyə xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, yerli əhəmiyyətli problemlərin həllinə dəstək, ölkəmizdə həyata keçirilən islahatların regionlarda uğur qazanmasına töhvə verilməsindən ibarətdir”.Onun sözlərinə görə, seçkilər, o cümlədən, yerli seçki sayılan bələdiyyə seçkiləri hər bir partiyanın həyatı və fəaliyyətinin əsas hadisəsidir: “Əslində partiya yalnız seçkilər vasitəsilə ölkənin ictimai və siyasi həyatında iştirak etmək istəyini reallaşdıra bilər və reallaşdırır. Seçkilər eyni zamanda bu və ya digər partiyanın ictimai dəstəyini, imkanlarını, habelə siyasi baxış və platformasını nümayiş etdirməyin ən yaxşı və sınanmış formasıdır. Belə olduğu halda bəzi partiyaların bələdiyyə seçkilərinə biganəliyini, kampaniyada iştirak etmək istəməməsini başa düşmək mümkün deyil. Etiraf etmək lazımdır ki, seçkidə iştirak etməyən partiyanın mövcudluğu öz mənasını itirir, nəticə etibarilə o marginallaşır və cəmiyyətin siyasi sistemində normal fəaliyyət göstərmək imkanlarından məhrum olur. Seçkilərdə iştirak etməkdən məqsədyönlü şəkildə imtina edən partiya (və ya partiyalar) istər istəməz radikallaşır, hüquq müstəvisindən kənara çıxır və cəmiyyət üçün təhlükəli elementə çevrilir. Onu da unutmaq olmaz ki, seçkilərdə iştirak etməkdən imtina edən partiya əslində sosial bazasının yetərincə olmamasını nümayiş etdirir ki, bu da onun siyasi sistemdə rolu və yerinin spesifik göstəricisi sayılmalıdır.Seçkilərdə iştirakdan imtina edən partiyaların siyasi fəaliyyətinin qanun müstəvisindən kənara çıxması və radikallaşması Azərbaycanda bəzi partiyaların nümunəsində aydın şəkildə özünü göstərir. Milli Şura, Azərbaycan Xalq Cəbhəsi Partiyası kimi təşkilatların demokratik prinsiplərdən imtina edərək radikal siyasi fəaliyyət metodlarına istinad etdiklərini sübuta yetirməyə ehtiyac yoxdur. İcazəsiz mitinqlər keçirmək, qarşıdurma yaratmaq, sabitliyi pozmağa cəhd göstərmək onların siyasi arsenalında başlıca üsullardır. Belə metodlar həmin partiyaları sivil, demokratik mübarizə üsullarından uzaqlaşdırır, radikalizmin ifrat formasının baş qaldırılmasına rəvac verir.Yeni Azərbaycan Partiyası siyasi partiyaların demokratik fəaliyyət üsullarından uzaqlaşmasını, radikallaşmasını yolverilməz hesab edir və hər bir siyasi təşkilatı qanunlar çərçivəsində, hüquq müstəvisində fəaliyyət göstrməyə səsləyir.Ölkədəki demokratik mübarizə mühitinin, sağlam siyasi rəqabətin qorunub saxlanmasının alternativi yoxdur.Mən bütün siyasi partiyaları bələdiyyə seçkilərinə qatılmağa, sağlam əsasda siyasi rəqabət mübarizəsinə qoşulmağa çağırıram. Yeni Azərbaycan Partiyası artıq bu yarışa qoşulub və ciddi uğur qazanacağına şübhə yoxdur”.




  Yayım tarixi :04 Noyabr 2019   15:10

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .