XƏBƏR
14:09

  Azərbaycan - Uels oyununa akkreditasiya üçün qeydiyyat başlayır

Gündəm

Xəbər lenti
21 Noyabr 10:33Ronaldu evləndi

AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində noyabrın 16-da "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Uels oyunu üçün akkreditasiya almaq istəyən KİV nümayəndələri noyabrın 8-dək qeydiyyatdan keçməlidirlər.

Agyol.az ın məlumatına görə, qeydiyyatdan keçmək üçün qeydiyyatdan keçənin adı, soyadı, atasının adı, şəxsiyyət vəsiqəsinin surəti (skaner olunmuş), Təmsil etdiyi KİV -vəzifəsi və 3x4 ölçüdə, elektron formatda rəsmi sənəd üçün şəkil tələb olunur.

Yuxarıda qeyd olunanlar 8 noyabr saat 18:00-a qədər ipr@affa.az ünvanına göndərilməlidir. Müraciət edənlər qeydiyyat üçün tələb olunanların hər birini təqdim etdikdən və ipr@affa.az ünvanından müvafiq təsdiq cavabı aldıqdan sonra qeydiyyatdan keçmiş hesab olunacaqlar.




  Yayım tarixi :04 Noyabr 2019   14:09

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .