XƏBƏR
12:18

  Sərbəst güləşçilərimiz Xasavyurtda beş medal qazanıb

Gündəm

Xəbər lenti
18 Noyabr 15:41Sabah yağış yağacaq
Oktyabrın 31-dən noyabrın 3-dək Dağıstanın Xasavyurt şəhərində Arsenəli Murtuzəliyevin xatirəsinə sərbəst güləş üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib.Agyol.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, yarışda məşqçilər Namiq Quliyev və Əşrəf Əliyevin rəhbərliyi altında ölkəmizi təmsil edən sərbəst güləşçilərdən beşi fəxri kürsüyə qalxıb. Ramik Heybətov (55 kq), Sabir Cəfərov (65 kq) və Cəbrayıl Hacıyev (71 kq) gümüş medal qazanıb. Rəşid Sadıxhacıyev (80 kq) ilə Saqadulla Ağayev (92 kq) isə bürünc medalı boynundan asıb.




  Yayım tarixi :04 Noyabr 2019   12:18

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .