XƏBƏR
11:05

  Yens Stoltenberq: Türkiyə NATO-nun mühüm müttəfiqidir

Gündəm

Xəbər lenti

NATO-nun Baş katibi Yens Stoltenberq Almaniyanın həftəlik “Bild am Sonntag” nəşrinə müsahibəsində Ankaranın Şimali Atlantika alyansında üzvlüyünün dayandırılması ilə bağlı çağırışlara cavabında deyib ki, Türkiyə NATO-nun mühüm müttəfiqidir və onun təhlükəsizlik maraqlarını müdafiə etməsi tamamilə legitimdir.

Agyol.az xəbər verir ki, Stoltenberq əlavə edib: “İŞİD-ə qarşı mübarizədə xəlifəliyin ləğv olunması və terrorçuların zərərsizləşdirilməsində Türkiyənin böyük rolu olub. Nəzərə alınmalıdır ki, heç bir ölkə Türkiyə kimi 3,6 milyon Suriya qaçqınını qəbul etməyib. Eyni zamanda, NATO müttəfiqləri arasında heç bir ölkə Türkiyə qədər terror aktlarına məruz qalmayıb”.

Bəzi Qərb siyasətçilərinin Şimali Suriyada hərbi əməliyyatlara görə Türkiyənin alyansdan xaric edilməsi çağırışlarını rədd edən NATO-nun Baş katibi vurğulayıb ki, alyansın bu günlərdə keçirilən toplantısında bütün müttəfiq ölkələr öz mövqelərini açıq ifadə ediblər və Avropa İttifaqından fərqli olaraq, Şimali Atlantika blokunda üzv dövlətlərin fəaliyyətinə qadağa qoyan mexanizm yoxdur.




  Yayım tarixi :04 Noyabr 2019   11:05

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .