XƏBƏR
10:52

  Paytaxt əhalisinə xəbərdarlıq edilib – Çirkli hava ilə bağlı

Gündəm

Xəbər lenti
20 Noyabr 15:15Maradona klubdan qovuldu
18 Noyabr 15:41Sabah yağış yağacaq
Hindistanın paytaxtı Yeni Dehlidə havanın kəskin dərəcədə çirklənməsi səbəbi ilə əhaliyə evdən çölə çıxmamaqla bağlı xəbərdarlıq edilib.
Agyol.az xəbər verir ki, şəhərdə havanın çirkliliyinin dözülməz həddə çatdığı vurğulanır. Məlumata görə, Yeni Dehlidə havanın çirklilik səviyyəsi Çinin paytaxtı Pekindəkindən 7 dəfə çoxdur.
Hindistanda havanın çirklənməsi o səviyyəyə çatıb ki, 30-dan çox təyyarə paytaxt ətrafında marşrutları dəyişdirməli olub. Hətta, məktəblərdə bir neçə gün tətil elan edilib. Bundan başqa, bütün tikintidə işlər dayandırılıb.
Bildirilir ki, paytaxtda havanın çirklənməsinin ən vacib səbəblərindən biri qonşu dövlətlərdə tarlaların təmizlənməsi üçün qalan məhsulların yandırılması olub. Buna görə, Yeni Dehlidə karbon qazı, azot və kükürd dioksidlərinin nisbətləri də artıb.




  Yayım tarixi :04 Noyabr 2019   10:52

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .