XƏBƏR
12:10

  Bu bölgələrə ilk qar düşdü

Gündəm

Xəbər lenti
21 Noyabr 10:33Ronaldu evləndi

Azərbaycanın bəzi bölgələrinə ilk qar düşüb.

Agyol.az ın məlumatına görə, bu gün səhərdən Gədəbəy və Daşkəsən rayonlarına ilk qar düşüb.

Sakinlərin bildirdiyinə görə, əsasən dağlıq ərazilərə düşən qarın hündürlüyü 5-10 santimetr olub.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclü olacaq.




  Yayım tarixi :02 Noyabr 2019   12:10

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .