XƏBƏR
10:40

  Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb

Gündəm

Xəbər lenti

İtaliyanın Bari şəhərində para-taekvondo üzrə Avropa çempionatının ardından G4 kateqoriyalı Extra Games yarışlarının startı verilib.

Agyol.az xəbər verir ki, üç gün davam edəcək yarışların ilk günü 58 kq çəki dərəcəsində mübarizəyə qatılan Qaşım Maqomedov bürünc medala sahib olub.

Qeyd edək ki, para-taekvondo üzrə keçirilən Avropa çempionatında millinin üzvü, ikiqat dünya çempionu Aynur Məmmədova 58 kq yuxarı çəki dərəcəsində ilk rəqibi ispaniyalı (6:4), növbəti döyüşündə isə fransalı (23:1) idmançıya qalib gələrək yarımfinala vəsiqəni təmin edib. Yarımfinalda rusiya (12:8) təmsilçisinin də qarşısını alan Aynur, həlledici döyüşdə ozbəkistanlı idmançı ilə 5:5 hesablı bərabərlik sonrası qızıl xalla qalib ayrılaraq artıq dördüncü dəfə qitə çempionu olaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.




  Yayım tarixi :02 Noyabr 2019   10:40

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .