XƏBƏR
10:14

  Türkmənistan parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

Gündəm

Xəbər lenti

Noyabrın əvvəlində Türkmənistan parlamenti nümayəndə heyətinin Bakıya işgüzar səfəri planlaşdırılır.

Agyol.az ın məlumatına görə, səfər zamanı Milli Məclisin sədri Oqtay Əsədovla görüş nəzərdə tutulub.

Nümayəndə heyəti həmçinin ASAN xidmətin fəaliyyəti ilə tanış olacaq.

Səfər çərçivəsində qanunvericilik sahəsində təcrübə mübadiləsinə, parlamentlərarası əməkdaşlığın inkişafına yönəlik tədbir və görüşlər keçiriləcək.




  Yayım tarixi :02 Noyabr 2019   10:14

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .