XƏBƏR
14:39

  Akrobatlarımızdan Avropa Çempionatında daha bir medal

Gündəm

Xəbər lenti

Akrobatika gimnastikası üzrə İsrailin Holon şəhərində keçirilən Avropa Çempionatında yığma komandanın üzvləri medallar qazanmağa davam edirlər.

Agyol.az xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, yarışların ikinci günündə növbəti medal xəbəri qarışıq cütlük tərkibində böyüklər yaş qrupunda çıxış edən Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlıdan gəldi. Balans hərəktələri üzrə final çıxışlarına görə 28.130 xal alan gimnastlar bürünc medala layiq görülüblər.

Bu gün böyüklər arasında çıxış edən Seymur Cəfərov və Murad Əkpərovdan ibarət kişi cütlüyü isə temp hərəkətlərinin finalında 6-cı yerdə qərarlaşıb.




  Yayım tarixi :01 Noyabr 2019   14:39

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .