XƏBƏR
12:56

  BNA-dan marşrutlarda gediş haqqının dəyişməsi ilə bağlı SON RƏSMİ AÇIQLAMA

Gündəm

Xəbər lenti

Bu ilin sonuna kimi Bakıda şəhərdaxili marşrut xətləri üzrə hərəkət edən bütün avtobusların kart sisteminə keçməsi planlaşdırılır.

Agyol.az xəbər verir ki, bu barədə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, qurum hazırda bu istiqamətdə işləri davam etdirir: "Hazırda bu istiqamətdə işlər aparılır. Marşrut avtobuslarının hamısı kart sisteminə keçəndən sonra gediş haqlarında da dəyişiklik ola bilər. Yəni çalışacağıq ki, marşrut avtobuslarında gediş haqqı ayrı-ayrı vaxtlarda müxtəlif qiymətlərə olsun. Bu, həm də pik saatlarda sərnişin sıxlığını azaltmaq məqsədi daşıyır. Səhər pik saatlarında gediş haqqı qiymətləri ayrı ola bilər, adi vaxtlarda başqa. Bunun üçün aylıq ödəmə kartları da ola bilər. Bu proses bəzi ölkələrdə mövcuddur".

M.Ağayev bildirib ki, bu məsələyə bütün marşrutlar kart sisteminə keçəndən sonra baxıla bilər.




  Yayım tarixi :01 Noyabr 2019   12:56

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .