XƏBƏR
12:36

  Azərbaycanın bu ərazilərində istilik verilməsinə başlandı - RƏSMİ AÇIQLAMA

Gündəm

Xəbər lenti
“Bakı şəhərində və respublikanın digər ərazilərində isə istilik mövsümü noyabr ayının 15-dən veriləcək”.
Agyol.az xəbər verir ki, R.Əliyev qeyd edib ki, soyuq hava ilə əlaqədar hər hansısa bir xəstəxana və ya digər obyektlər istiliyə daha tez keçidlə bağlı müraciət edə bilərlər:
“Belə ki, sözügedən obyektlərlə ASC arasında bağlanmış müqavilə ilə istilik müddəti 5 ay ərzində nəzərdə tutulub. Əgər istiliyə keçidin tez başlanması ilə bağlı bizə müraciət edilərsə, ödənişin zəmanət verildiyi halda bu məsələyə baxıla bilər”.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycanda qış mövsümü hər il noyabr ayının 15-də başlayır, aprelin 15-də bitir.
Əlavə edək ki, oktyabrın 31-i gündüzdən ölkə ərazisində hava şəraiti dəyişib, yağış yağıb, bəzi yerlərdə intensiv və güclü olub, Xınalıq və Şahdağda qar yağıb.
Həmçinin Bakıda havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enib.




  Yayım tarixi :01 Noyabr 2019   12:36

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .