XƏBƏR
12:35

  Hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq

Gündəm

Xəbər lenti
Sürücülər yağışlı hava şəraitində sürət həddini minimuma endirməli, ara məsafəsini normadan artıq saxlamalıdırlar.
Agyol.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədovun verdiyi məlumata görə, sürücülər əyləc sistemindən istifadə edərkən yağış sularının yollarda sürüşmə şəraiti yaratdığını nəzərə almalıdır. Hər bir sürücü avtomobilin işıq sisteminə, şüşə silənlərinin sazlığına diqqət yetirməlidir. Əks halda qəzalar qaçılmazdır.
V.Əsədov, həmçinin bildirib ki, Bakıda bəzi işıqforların işləməməsi sürücüləri çaşdırmamalıdır: “Xəbər verildiyi kimi paytaxtın bəzi ərazilərində işıqforların fəaliyyətində problemlər yaranıb. Belə olan halda hər bir sürücü yol nişanlarının tələblərinə riayət etməlidir. Hazırda həmin ərazilərdə Dövlət Yol Polis İdarəsinin əməkdaşları nizamlayıcı qismində xidmət aparır. Sürücülər buna da diqqət yetirməli, nizamlayıcının göstərişlərinə uyğun hərəkət etməlidirlər”.
Şöbə rəisi belə hava şəraitində sakinləri daha çox ictimai nəqliyyatdan istifadə etməyə çağırıb.




  Yayım tarixi :01 Noyabr 2019   12:35

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .