XƏBƏR
11:36

  Azərbaycanlı yeniyetmə ABŞ Konqresinin önündə cəsarətli - çıxış etdi

Gündəm

Xəbər lenti
18 Noyabr 15:41Sabah yağış yağacaq
ABŞ-dakı azərbaycanlı icması qondarma “Dağlıq Qarabağ Respublikasının xarici işlər naziri” Mais Mailyanın Konqresdə çıxış etməsinə etiraz əlaməti olaraq aksiya təşkil ediblər.
Agyol.az xəbər verir ki, Amerikanın müxtəlif şəhərlərində,Vaşinqton, Nyu-Yorkda yaşayan azərbaycanlı icması “ İşğalı dayandarın, bizim torpaqlardan çıxın”-deyə şüarlar səsləndirib. Konqresin önündə keçirilən aksiyada ABŞ-da yaşayan jurnalist Qənirə Ataşovanın azyaşlı övladı Fərhad Anaroğlu ermənilərə qarşı cəsarətli çıxış edərək  Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu bildirib.
 
“Ermənilər bizim torpaqlardan çıxsa dediyimiz kimi danışıqlar apara bilərik. Mən istəmirəm ki insanlar ölsün. Qohumlarımın çoxu müharibədə ölüb, zorla öz evlərindən çıxarılıblar. Heç kim eyni hadisənin təkrarlanmasını istəmir. Bu yaxınlarda bir məqalə oxumuşdum ki, Azərbaycan istəsən 2 saatdan az bir müddətdə Ermənistanın özünü bütünlüklə işğal edə bilər. Lakin biz bunu istəmirik, sülh istəyirik. Əsas məsələ odur ki, siz də bunu istəyin”- deyə yeniyetmə azərbaycanlı deyib.
 
Azərbaycan-Nyu-York Assosasiyasının sədri Ərcan Yerdələnli Real TV-ə açıqlamasında Azərbaycanın Qarabağ üçün hələ son sözünü söyləmədiyini bildirib.
 
“Qarabağ Türk dünyasının canı, Azərbaycanın ruhudur. Dünyada 250 milyon türk olduğu müddətdə ermənilərin hansı yola əla atmasından aslı olmayaraq Qarabağ onların olmayacaq. Fərqi yoxdur ki, necə siyasət yerdirilər və yaxud iyrənc əməl üçün nə qədər pul xərcləyirlər bilməlidirlər ki, məkrli planları baş tutmayacaq”.




  Yayım tarixi :01 Noyabr 2019   11:36

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .