XƏBƏR
11:28

  “YARAT”da böyüklər üçün növbəti ustad dərsləri keçiriləcək

Gündəm

Xəbər lenti

Noyabrın 6-da “YARAT” Müasir İncəsənət Mərkəzində böyüklər üçün “Özünü kəşf et” adlı ustad dərsləri keçiriləcək.

Agyol.az xəbər verir ki, “YARAT”dan bildirilib ki, “Özünü kəşf et”– yaradıcılıq ab-havası ilə dolu rəngarəng layihədir. Ustad dərsləri zamanı iştirakçılar gündəlik həyat işlərini kənara qoyub, özlərini tamamilə yaradıcılığa həsr edəcəklər.

Bu layihə dost və ailə mühitində yaradıcılıq vasitəsi ilə hisslərini bölüşmək istəyənlər üçün ideal bir fürsətdir. Dərslər zamanı iştirakçılar bütün ləvazimatlarla təmin olunurlar. Yerlər məhdud olduğundan qeydiyyatdan keçmək zəruridir.




  Yayım tarixi :01 Noyabr 2019   11:28

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .