XƏBƏR
11:21

  "Xavi gec-tez "Barselona"nı çalışdıracaq" - Qvardiola

Gündəm

Xəbər lenti

"Xavi oynayanda artıq məşqçi idi. Futbola baxanda gözləri parıldayırdı. O, mütləq məşqçi olacaq".Bu sözləri "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "AS" nəşrinə açıqlamasında deyib.

"Barselona"nın sabiq futbolçusu Xavinin yaxşı məşqçi olacağını bildirən ispaniyalı mütəxəssis onun bir gün Kataloniya klubuna baş məşqçi təyin ediləcəyini qeyd edib:

"Xavı təkcə "Barselona"da deyil, hər yerdə məşqçi ola bilər. Ona vaxt vermək lazımdır. Gec-tez "Barselona"nın baş məşqçisi olacaq. Hələ gəncdir, futbolu bilir, öyrənir, ehtirası, fədakarlığı var. Onun "Barselona"nı necə çalışdıracağını görmək çox yaxşı olardı. O, idarəetməni çox sevir, hər şeyə diqqət edir".Xatırladaq ki, 1998-2015-ci illərdə "Barselona"da çıxış edən Xavi 4 il (2008-2012) Qvardiolanın rəhbərliyi altında oynayıb.




  Yayım tarixi :01 Noyabr 2019   11:21

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .