XƏBƏR
11:06

  Siyavuş Novruzov: Baş verən hadisələrin ardıcıllığı göstərir ki, radikal müxalifət xarici qüvvələrə satılıb

Gündəm

Xəbər lenti
Azərbaycanda radikal müxalifətçilər şəxsi maraqlarını cəmiyyətin maraqlarından üstün tuturlar. Bu insanların ardıcıl olaraq qanunsuz aksiyalar keçirməyə cəhd etmələri göstərir ki, onlar Azərbaycanda həyata keçirilən islahatları istəmir, ölkəmizin inkişafından narahatdırlar.
Agyol.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
O qeyd edib ki, radikal müxalifət xarici qüvvələrin sifarişini yerinə yetirir: "Xarici ölkələrin səfirlikləri ilə fəaliyyətin koordinasiyası, müxalifətin xaricdən maliyyələşdirilməsi, hüquq mühafizə orqanlarının xəbərdarlıqlarına baxmayaraq, ölkədə ictimai sabitliyin məqsədyönlü şəkildə pozulmasına cəhd göstərilməsi – bütün bunlar bir daha sübut edir ki, müxalifətin funksionerləri müəyyən xarici qüvvələrə satılıb.
Son dövrdə baş verən hadisələrin ardıcıllığı da müxalifətin satqınlığını aydın şəkildə göstərir. Son ay yarım ərzində Prezident İlham Əliyevin "Valday" forumundan başlamış, ondan sonra Aşqabadda MDB rəhbərlərinin sammitində, daha sonra Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yeddinci sammitində gətirdiyi dəllilər, Ermənistanın işğalçılıq siyasətini ifşa etməsi, onun ardınca Azərbaycanın Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünə uğurla ev sahibliyi etməsi, təşkilata sədrliyə başlaması ölkəmizi sevmyən qüvvələri ciddi narahat edib və bundan sonra radikal müxalifət qanunsuz aksiyalar keçirməyə başlayıb".
S.Novruzov vurğulayıb ki, radikal müxalifətin satqınlığını sübut edən daha bir fakt onların ABŞ Konqresinin Nümayəndələr Palatasının qondarma "erməni soyqırımı"nı tanımasına səssiz qalmalarıdır: "Nə Əli Kərimli, Gültəkin Hacıbəyli, Leyla Yunus, Ramiz Yunus, Sevinc Osmanqızı, nə də başqaları bu barədə bir kəlmə də demədilər. Hadisələrin bu cür ardıcıllıqla baş verməsi heç bir halda təsadüf ola bilməz. Bütün bunlar göstərir ki, radikal müxalifət bir mərkəzdən idarə olunur, həmin mərkəzdən aldıqları tapşırıqlar əsasında hərəkət edir".
Deputat vurğulayıb ki, xalq hər şeyi yaxşı bilir: "Azərbaycan xalqı bütün bunları gözəl başa düşür ki, radikal müxalifətin qanunsuz aksiyalar keçirməkdə məqsədi xarici qüvvələrin göstərişi əsasında ölkədə olan sabitiyi, əmin-amanlığı və inkişafı pozmaqdır. Ona görə də xalq bu separatçılara, millətini satanlara heç bir dəstək vermir, radikal müxalifəti boykot edir. Radikal müxalifət bu günə qədər necə uğursuzluğa düçar olubsa, bundan sonra da olacaq".




  Yayım tarixi :01 Noyabr 2019   11:06

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .