XƏBƏR
11:05

  BNA: Paytaxtda marşrut avtobuslarının hərəkətində çətinlik yaranıb

Gündəm

Xəbər lenti
18 Noyabr 15:41Sabah yağış yağacaq

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın Səbail rayonunun "20-ci sahə" adlanan ərazisində hərəkət edən avtobusların gecikməsinə münasibət bildirib.

Agyol.az xəbər verir ki, Agentliyin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev açıqlamasında bildirib ki, yolun hərəkət hissəsində aparılan təmir-tikinti işlərinin vaxtında yekunlaşmaması, eyni zamanda təmir müddətində nəqliyyat vasitələrinin hərəkəti üçün uyğun şəraitin yaradılmaması sonda məhz bu cür çətinliklərə səbəb olur: "Mövcud vəziyyətdən ən çox əziyyəti isə ictimai nəqliyyatdan istifadə edən sərnişinlərimiz çəkir. Bu cür problemlər eyni zamanda avtobusların istismar müddətinin azalmasına və amartizasiya xərclərinin artmasına gətirib çıxarır.

Şəhər mərkəzindən “20-ci sahə” adlanan əraziyə gedən yolda olduğu kimi yolun hərəkət hissəsində aparılan işlərin yekunlaşmaması səbəbindən müntəzəm marşrut xətt avtobusları, xüsusən də BakuBus MMC-yə məxsus avtobusların hərəkəti çətinləşib. Təəssüf ki, analoji hallar bir çox küçələrdə var".




  Yayım tarixi :01 Noyabr 2019   11:05

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .