XƏBƏR
10:53

  Xətai, Nəsimi və Səbail rayonlarında 50 min sakinin təbii qaz təchizatı yaxşılaşacaq

Gündəm

Xəbər lenti
21 Noyabr 10:33Ronaldu evləndi
20 Noyabr 15:15Maradona klubdan qovuldu

Bakının Xətai, Nəsimi və Səbail rayonlarında 50 min sakinin qaz təchizatı yaxşılaşacaq.

Agyol.az ın məlumatına görə, “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, bunun üçün mövcud istismara yararsız qaz kəmərlərinin yenilənməsinə başlanılıb. Xətai, Nəsimi və Səbail rayonlarını qazla təmin edən ümumi uzunluğu 3500 metr olan 530 millimetr diametrində yeraltı qaz kəməri ötən əsrin 80-ci illərində çəkilib. Bu kəmərin 1500 metrlik hissəsi 2017-2018-ci illərdə təmir olunub.

Hazırda Xətai rayonunun Xocalı prospektindən başlayaraq N.Rəfiyev küçəsi və Nobel prospekti ilə Y.Səfərov küçəsinə kimi mövcud olan 2000 metr uzunluğundakı qaz kəməri 400 millimetr diametrində olan polietilen kəmərlə dəyişdirilir. İşlərə bu il avqust ayının 15-də başlanılıb və noyabrın sonunadək tamamlanması planlaşdırılır. Bu günədək tikintinin 70 faizi icra edilib.




  Yayım tarixi :01 Noyabr 2019   10:53

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .