XƏBƏR
10:18

  Bakı yollarında bəzi zolaqlar üzrə sürət həddi endirilib - Yağışa görə

Gündəm

Xəbər lenti

Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Heydər Əliyev-Hava limanı və Zığ dairəsi-Hava Limanı avtomagistrallarında bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Agyol.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Eyni zamanda elektron tablolarda sürüşkən yol işarəsi qoyulub.

Məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Sürücülərə tövsiyə edilir ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə riayət etsinlər, həmçinin meteoroloji amilləri nəzərə alsınlar.




  Yayım tarixi :01 Noyabr 2019   10:18

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .