XƏBƏR
15:07

  Lavrov: Moskva Dağlıq Qarabağ münaqişəsinin həllinin axtarışlarında ATƏT-in fəaliyyətini dəstəkləyir

Gündəm

Xəbər lenti
21 Noyabr 10:33Ronaldu evləndi

Moskva Dağlıq Qarabağ münaqişəsinin həllinin axtarışlarında ATƏT-in fəaliyyətini dəstəkləyir.

Agyol.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada ATƏT-in baş katibi Tomas Qremingerlə birgə mətbuat konfransı zamanı deyib.

Nazir həmçinin, Cənubi Qafqazda sabitliklə bağlı Cenevrə müzakirələrinin vacib rolunu qeyd edib.

S.Lavrov bildirib ki, Rusiya yeni çağırış və təhdidlərlə mübarizədə, eləcə də ümumi məkanda müxtəlif münaqişələrin nizamlanmasında ATƏT fəaliyyətinin səmərəliliyinin artırılması ilə bağlı təklifləri dəstəkləyir:

“Rusiya ATƏT-in ümumi dialoq məkanı kimi istifadə olunmasının tərəfdarı kimi çıxış edir”.




  Yayım tarixi :31 Oktyabr 2019   15:07

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .