XƏBƏR
14:50

  Sərbəst güləş yığmamız dünya çempionatında 3-cü yeri tutub

Gündəm

Xəbər lenti
Macarıstanın paytaxtı Budapeştdə keçirilən 23 yaşadək güləşçilər arasında dünya çempionatında sərbəst güləş üzrə mübarizə başa çatıb.Agyol.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, mundiala 8 idmançıyla yollanan yığmamızın 5 üzvü fəxri kürsüyə qalxıb. Turan Bayramov (65 kq) qızıl, Abubakr Abakarov (79 kq) və Hacımurad Məhəmmədsəidov (86 kq) gümüş, Əfqan Xaşalovla (57 kq) Davud İbrahimov (70 kq) isə bürünc medal qazanıb. Ümumilikdə komandamızın topladığı xal 111-ə bərabər olub. Bu nəticəylə millimiz dünya üçüncüsü olub. Rusiya (145) birinci, İran (139) isə ikinci yeri tutub.Qeyd edək ki, 1 qızıl, 2 gümüş və 2 bürünc medal 2017-ci ildən bu yana keçirilən analoji yarışlarda sərbəst güləş yığmamızın ən yaxşı nəticəsidir.




  Yayım tarixi :31 Oktyabr 2019   14:50

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .