XƏBƏR
11:10

  Messi Peleyə yaxınlaşır

Gündəm

Xəbər lenti

Barcelona-nın kapitanı Lionel Messi İspaniya La Liqasının XI turunda Valladolid-lə keçirilən oyunda dubl etməklə öz göstəricilərini daha da yaxşılaşdırıb.32 yaşlı oyunçu 34-cü dəqiqədə toru silkələyərək, karyerası ərzində cərimə zərbəsindən vurduğu qolların sayını 50-yə çatdırıb. Leo bunun 6-nı Argentina yığmasında, 44-nü isə "Barsa"da reallaşdırıb.

Messi hazırkı baş məşqçi Ernesto Valverdenin rəhbərliyi altında ümumi qollarının sayını da 101-ə çatdırıb. Bu isə hələlik ən yaxşı 3-cü göstəricidir. Çünki Messi Luis Enrikenin dönəmində (158 oyunda) 153 qol, Pep Qvardiolanın dövründə isə (219 oyunda) 211 qol vurub.

Messi dünənki qarşılaşmada dublla həm də klub karyerasında qollarının sayını 608-ə çatdırıb. O, bunu 695 görüşdə bacarıb. Leo klub karyerası ərzində 813 görüşdə 606 dəfə fərqlənən Juventus-un portuqaliyalı hücumçusu Kriştianu Ronaldonu geridə qoyub. Orta məhsuldarlıq Messidə 0,87 qol, Ronaldoda isə 0,75 qoldur. Messi Santos-un heyətində 643 qola imza atan futbol kralı Peledən cəmi 35 top geri qalır.

Xatırladaq ki, Valladolid üzərində 5:1 hesablı qələbə qazanan Barcelona liderliyini davam etdirib.




  Yayım tarixi :31 Oktyabr 2019   11:10

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .