XƏBƏR
11:05

  Akrobatika gimnastlarımız Avropa çempionatında bürünc medal qazanıblar

Gündəm

Xəbər lenti

İsrailin Holon şəhərində bu gün start götürmüş akrobatika gimnastikası üzrə Avropa Çempionatı gimnastlarımız üçün uğurlu başlayıb.

Agyol.az xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, gənclər yaş kateqoriyasında kişi cütlüyü tərkibində çıxış edən Murad Rəfiyev və Daniel Abbasov yarışların bürünc medalını qazanıblar. Balans hərəkətləri proqramında hakimlərdən 28 xal alaraq, gimnastlarımız fəxri kürsünün 3-cü pilləsinə yüksəliblər. 1-ci və 2-ci yerləri müvafiq olaraq Böyük Britaniya (28.750) və Rusiya (28.600) gimnastları tutub.

Qeyd edək ki, bu gündən etibarən yarışlara böyüklər yaş kateqoriyasında çıxış edən gimnastlarımız da qoşulacaqlar. Çempionat noyabrın 3-ü yekunlaşacaq.




  Yayım tarixi :31 Oktyabr 2019   11:05

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .