XƏBƏR
10:11

  Baronessa Emma Nikolson: Böyük Britaniya hər zaman Azərbaycana dəstək göstərib

Gündəm

Xəbər lenti
Azərbaycanda ali təhsil müəssisələrinin məzunlarının məşğulluq imkanlarının gücləndirilməsi üçün onların hansı formada rəqabətədavamlı olması barədə düşünməliyik. Bu, istər lokal, istərsə də xarici bazarlara şamil edilir.
Agyol.az xəbər verir ki, bunu Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson "British Council"in Azərbaycanda həyata keçirdiyi "Məşğulluq üçün ali təhsil" proqramına həsr olunan tədbirdə deyib.
Onun sözlərinə görə, Azərbaycan və Böyük Britaniyanın öz təcrübələrini paylaşması təqdirəlayiqdir. İki ölkə və iki xalq arasında təhsil siyasətinin formalaşması, Böyük Britaniya təcrübəsindən faydalanaraq onun resurslarından istifadə ölkələr arasında körpülərin yaranmasına kömək edir:
"Ümid edirəm ki, məzunların universitet həyatından əmək bazarına keçidinin təmini onların gələcəyi üçün qoyulan ən effektiv investisiyadır. Böyük Britaniya hər zaman Azərbaycana dəstək göstərib. Azərbaycan da Böyük Britaniyaya tərəfdaşlıq çərçivəsində bu uğurlu məşğulluq məsələlərinə öz töhfəsini verəcək. Azərbaycandakı tərəfdaşlarımızın, xüsusilə Təhsil Nazirliyinin, müxtəlif vətəndaş cəmiyyətinin təşəbbüsləri təqdir edilir".




  Yayım tarixi :31 Oktyabr 2019   10:11

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .