XƏBƏR
17:20

  Messi qol sayında Ronaldunu keçdi

Gündəm

Xəbər lenti
20 Noyabr 15:15Maradona klubdan qovuldu
18 Noyabr 15:41Sabah yağış yağacaq

"Barselona"nın kapitanı Lionel Messi klub karyerasında qol sayına görə "Yuventus"un futbolçusu Kriştianu Ronaldunu qabaqlayıb.

32 yaşlı hücumçu buna La Liqanın 11-ci turunda "Valyadolid"ə 5:1 hesabı ilə qalib gəldikləri matçda nail olub.

Oyunda dubl edən və 2 məhsuldar ötürmə verən argentinalı hücumçu klub karyerası ərzində vurduğu qolların sayını 608-ə çatdırıb. O, bu nəticəyə 695 görüşdə nail olub. Ronaldu isə 813 oyunda 606 dəfə fərqlənib.

Messi orta hesabla hər oyunda 0,87 qol vurur. Ronaldoda isə bu göstərici 0,75-dir.




  Yayım tarixi :30 Oktyabr 2019   17:20

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .