XƏBƏR
14:09

  Bakıda MDB ölkələrinin 2025-ci ilədək hərbi əməkdaşlıq Konsepsiyası təsdiq edilib

Gündəm

Xəbər lenti
18 Noyabr 15:41Sabah yağış yağacaq
Bu gün Bakıda keçirilən MDB ölkələrinin Müdafiə Nazirləri Şurasının iclasında MDB ölkələrinin 2025-ci ilədək hərbi əməkdaşlıq Konsepsiyası təsdiq edilib.
Agyol.az xəbər verir ki, nazirlər hərbi əməkdaşlığın inkişafına dair vəziyyəti analiz edib və gələn il, həmçinin yaxın perspektivdə keçiriləcək birgə tədbirləri müəyyənləşdiriblər.
Konsepsiya hərbi sahədə yeni üst səviyyəyə çatmaq məqsədi daşıyır, təhlükəsizliyin təmin edilməsi, müasir çağırış və təhdidlərə qarşı mübarizə sahəsində MDB dövlətlərinin milli maraqlarını, birgə prioritetlərini əks etdirir.
İclas zamanı iştirakçılar Suriyada döyüş əməliyyatları zamanı uçan pilotsuz aparatların hücumlarının qarşısının alınması təcrübəsi barədə informasiyanı dinləyiblər: "MDB-yə üzv ölkələrin ortaq hava hücumundan müdafiə sistemlərinin planlı şəkildə inkişaf etdirilməsi məqsədilə Nazirlər Şurası gələn il üçün birgə tədbirlər planı təsdiqlənib. Həmçinin, ortaq sistemin sonrakı funksionallığı, hava-kosmik müdafiə hədəflərinin həllinə adaptasiyası üçün maliyyə aspektləri razılaşdırılıb. Gələn il MDB ortaq hava hücumundan müdafiə qoşunlarının birgə kompüter komanda-qərargah təlimləri (Regional təhlükəsizlik-2020) keçiriləcək".
Məlumata əsasən, şura üzvləri MDB ölkələrinin 2025-ci ilədək hərbi əməkdaşlıq konsepsiyalarının layihələrini, radiasiya, kimyəvi və bioloji vəziyyətə dair birgə sistemin hazırlanmasını müzakirə ediblər.
İclasda “Beynəlxalq Ordu Oyunları – 2019”un nəticələri də müzakirə olunub. MDB ölkələrinin silahlı qüvvələri üçün zabit kadrlarının hazırlanması, beynəlxalq innovativ elmi ideyalar festivalının keçirilməsi, həmçinin, İkinci Dünya Müharibəsindəki Qələbənin 75 illiyinin qeyd olunmasına hazırlıq məsələləri nəzərdən keçirilib.
MDB Müdafiə Nazirləri Şurasının 77-ci iclası zamanı qəbul olunan qərarlar MDB formatında çoxtərəfli əməkdaşlıq sisteminin təkmilləşdirilməsinə yönəlib və hərbi sahədə qarşılıqlı, səmərəli tərəfdaşlıq əlaqələrinin inkişafına töhfə verəcək.




  Yayım tarixi :30 Oktyabr 2019   14:09

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .