XƏBƏR
11:02

  Türkiyə XİN: ABŞ-ın saxta “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qətnaməni qəti şəkildə rədd edirik

Gündəm

Xəbər lenti

Türkiyə tərəfi ABŞ-ın saxta “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi “H.Res.296” saylı qətnaməni qəti şəkildə rədd edir. Bildirilir ki, bu qətnamənin heç bir tarixi və hüquqi əsası yoxdur. Türkiyənin Suriya ərazisində həyata keçirdiyi “Sülh çeşməsi” antiterror əməliyyatına mane olmağı bacarmayanlar bu yolla intiqam ala biləcəklərini zənn edirlərsə yanılırlar.

Agyol.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi bununla bağlı iki açıqlama yayıb. Hər iki açıqlamada qətnamənin qərəzli olduğu, Türkiyəyə qarşı təzyiq vasitəsi kimi qəbul edildiyi bildirilir. Qeyd edilir ki, beynəlxalq hüquq 1915-ci il hadisələrinin “soyqırımı” olmasını qəbul etmir. Bu qətnamə erməni lobbisini və Türkiyənin düşmənlərini məmnun etmək üçün qəbul olunub.




  Yayım tarixi :30 Oktyabr 2019   11:02

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .