XƏBƏR
22:37

  Rusiyanın müdafiə naziri Azərbaycana səfərə gəlib

Gündəm

Xəbər lenti
21 Noyabr 10:33Ronaldu evləndi
20 Noyabr 15:15Maradona klubdan qovuldu

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Azərbaycana səfərə gəlib.

Agyol.az xəbər verir ki, S.Şoyqunun səfərinin məqsədi oktyabrın 30-u Bakıda onun sədrliyi ilə keçiriləcək MDB-yə üzv olan ölkələrin Müdafiə Nazirləri Şurasının iclasında iştirak etməkdir.

Nazirin mətbuat katibi Rossiyana Markovskaya bildirib ki, iclasda müdafiə və hərbi təhlükəsizlik sahəsində qarşılıqlı əlaqəli bir sıra məsələlər nəzərdən keçiriləcək: "2019-cu ildə hərbi sahədə əməkdaşlığın yekunlarını, həmçinin MDB-yə üzv olan dövlətlərin 2025-ci ilədək hərbi əməkdaşlıq konsepsiyası layihəsini nəzərdən keçirtmək planlaşdırılır".

R.Markovskaya əlavə edib: "Hərbi fəaliyyətlərin topoqrafik, metroloji, informasiya təminatı sahəsində və digər sahələrdə qərarlar veriləcək".

Qeyd edək ki, sabah keçiriləcək MDB-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının iclasında həmçinin Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan Müdafiə Nazirliklərinin nümayəndə heyətləri də iştirak edəcəklər.




  Yayım tarixi :29 Oktyabr 2019   22:37

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .