XƏBƏR
21:46

  Xarkovda Azərbaycan Mədəniyyət Mərkəzi açılacaq

Gündəm

Xəbər lenti

Ukraynanın Xarkov şəhərində Azərbaycanın mədəniyyət nümayəndəliyi açılacaq.

Agyol.az xəbər verir ki, bu barədə şəhər meri Gennadi Kerneslə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev arasındakı görüş zamanı bildirilib.

Bundan əlavə görüş zamanı iki ölkə arasında turizm sahəsində əməkdaşlıq və Azərbaycan biznesinin Ukrayna iqtisadiyyatında iştirakı məsələləri müzakirə olunub.

A.Xudiyev bildirib: "Biz həqiqi təmas nöqtələrini tapmaq və qarşılıqlı faydalı müqavilələr imzalamaq üçün yaxın zamanda Ukraynada iqtisadi forum keçirməyi planlaşdırırıq”.

Qeyd edilir ki, Azərbaycan Mədəni-İnformasiya Mərkəzi noyabr ayının 8-i açılacaq.




  Yayım tarixi :29 Oktyabr 2019   21:46

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .