XƏBƏR
17:58

  Azərbaycan ilə Özbəkistan arasında hərbi əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb

Gündəm

Xəbər lenti

Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov MDB-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının Müdafiə naziri, general-mayor Bahodir Kurbanov ilə görüşüb.

Agyol.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tərəflər hər iki ölkənin Müdafiə nazirlikləri arasında əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildiriblər. Qeyd edilib ki, Azərbaycan ilə Özbəkistan arasında təhlükəsizlik sahəsində əməkdaşlıq Cənubi Qafqaz və Mərkəzi Asiya bölgələrində sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edir.

Görüşdə müdafiə və hərbi təhsil sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı bir sıra məsələlər müzakirə olunub, hərbi-texniki sahədə qarşılıqlı faydalı əlaqələrin möhkəmləndirilməsi barədə geniş fikir mübadiləsi aparılıb.

Sonda Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Müdafiə nazirlikləri arasında 2020-ci il üçün ikitərəfli hərbi Əməkdaşlıq Planı imzalanıb.




  Yayım tarixi :29 Oktyabr 2019   17:58

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .