XƏBƏR
15:51

  İstanbulda iri terror aktının qarşısı alınıb

Gündəm

Xəbər lenti

İstanbulda Türkiyə kəşfiyyat xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində iri terror aktının qarşısı alınıb.

Agyol.az xəbər verir ki, Fatih rayonunda Cümhuriyyət bayramı ilə bağlı keçirilən yürüş zamanı terror aktı planlaşdıran İŞİD terror təşkilatının 3 üzvü saxlanılıb.

Saxlananların vətəndaşlığı barədə məlumat verilməyib.

Bundan başqa, bu gün Bursa vilayətində də antiterror əməliyyatı keçirilib və 26 nəfər saxlanılıb. Onlardan 12-i Suriya vətəndaşıdır.




  Yayım tarixi :29 Oktyabr 2019   15:51

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .