XƏBƏR
14:05

  Bakıya daha 10 avtobus gətirildi - Bu marşrut xəttinə veriləcək

Gündəm

Xəbər lenti
18 Noyabr 15:41Sabah yağış yağacaq
Bu gündən 38 nömrəli müntəzəm marşrut üzrə istismarda olan avtobusların bir qismi yenilənəcək.
Agyol.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, xətt üzrə sərnişindaşıma fəaliyyəti göstərən “General Avto Kompani” firması tərəfindən 10 ədəd yeni “İsuzu Citibus” markalı avtobus gətirilib. "Avro 5" standartlarına cavab verən bu avtobuslar, sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verir.
Yeni avtobuslardan fiziki imkanları məhdud şəxslər, eləcə də uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcək. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb.




  Yayım tarixi :29 Oktyabr 2019   14:05

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .